"Zirə" üçün 20 futbolçu - FOTO

21.12.2018 | 3493 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk yarısı başa çatıb.

Stadium.az xəbər verir ki, Azərbaycan çempionatının ən yüksək dəstəsində 4-cü mövsümünü keçirən “Zirə” qış fasiləsinə qədər 14 oyun keçirib.

Bu matçların birinin – “Səbail”lə görüşün nəticəsi ləğv edilib. Digər 13 qarşılaşmada “Qartallar”ın heyətində 20 futbolçu iştirak edib. Qapıçı Anar Nəzirov bütün oyunlarda iştirak edən yeganə futbolçudur. 13 oyunun hamısına kapitan kimi başlayan qolkiper yalnız bir dəfə əvəzlənib. Adil Nağıyevlə Sadio Tounkara hərəyə 12 oyunda şans qazanıb. 

Mövsümün ilk yarısında “Zirə”nin 8 futbolçusu qol sevinci yaşayıb. Komandanın ən yaxşı bombardiri Mirsahib Abbasovdur. Onun hesabında 3 qol var. Tellur Mütəllimovla Aleksandr Dedov hərəyə 2 dəfə fərqlənibsə, digər 5 oyunçu 1 qolun sevincini yaşayıb.

Nəticəsi ləğv olunan görüşdəki oyun və qol sayında nəzərə alınmır, vərəqələr isə futbolçuların passivində qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail