"Qarabağ" Çempionlar Liqasının top 100-lüyündə

24.12.2018 | 4037 dəfə oxunub

UEFA 1955-ci ildən indiyə qədər  Çempionlar Liqasında çıxış etmiş bütün klubların reytinq cədvəlini açıqlayıb.

Stadium.az xəbər verir ki, siyahıda “Qarabağ”ın da adı var. ÇL-in 63 illik tarixi ərzində 4-ü təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 5 dəfə qitənin bir nömrəli klub turnirində mübarizə aparan Ağdam təmsilçisi 33 xalla 100-cü pillədə qərarlaşıb.

Çempionlar Liqasında 30 oyun keçirən “Qarabağ” bu matçların 11-də qələbə qazanıb, 11-də heç-heçə edib. Qurban Qurbanovun komandası 8 görüşdə isə məğlub olub.

Azərbaycanın digər klubları - "Neftçi" 167-ci, "Bakı" 265-ci, "Keşlə" 290-cı, "Şəmkir" 389-cu, "Kəpəz" 390-cı, "Xəzər Lənkəran" isə 415-ci pillədə qərarlaşıb.

Siyahıya 590 xalla "Real” başçılıq edir. “Bavariya" 462 xalla ikinci, İspaniyanın digər klubu "Barselona" isə 427 xalla 3-cü yerdədir. Siyahıda ümumilikdə 513 komanda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail