Millimizin üzvü: "Alkorkon" indiyə qədər oynadığım ən yaxşı komandadır"

31.12.2018 | 3267 dəfə oxunub

Milli komandamızın sabiq üzvü Eddi İsrafilov formasını geyindiyi "Alkorkon"dakı vəziyyətindən danışıb. Stadium.Az xəbər verir ki, İspaniyanın dünyaca məşhur "Marca" nəşrinə danışan yarımmüdafiəçi Sequnda təmsilçisində xoşbəxt olduğunu bildirib:

"Alkorkon" məni bir futbolçu kimi böyüdən komandadır. Böyük inam hissinə sahibəm və meydandakı hər andan zövq alıram. Baş məşqçimiz Kristobal Parraloya mənə verdiyi şansa görə minnətdaram. O, oyunçularla çox yaxındır və hamıdan necə yararlanacağını yaxşı bilir. Oyunu oxumaqda da çox bacarıqlıdır”.

İsrafilov mövsümün ikinci hissəsində işlərinin daha çətin olacağını söyləyib: "Mükəmməl nəticələrimiz oldu. Ancaq mövsümün ikinci hissəsi daha çətin olacaq. Hədəflərimizə baxanda hansı çətinliklərlə qarşılaşacağımızı bilirik. Ancaq bacaracağımıza inanırıq, həmişə iş başında və əzmli olacağıq. Bu isə nəticəni gətirəcək".

26 yaşlı yarımmüdafiəçi "Alkorkon"u karyerasının ən yaxşı komandası adlandırıb: "Müxtəlif təcrübələr yaşadım, bir neçə Sequnda klubunda çıxış etdim, amma "Alkorkon" kimi komandada oynamamışdım. Bu, indiyə qədər oynadığım ən yaxşı komandadır. Azarkeşlər bizi həmişə irəli səsləyir və biz bütün dəstəyi hiss edirik. Təvazökar komandamız var, amma hədəflərimiz böyükdür. Məqsədimiz oyunumuzda stabillik yaratmaqdır. Bunu bacardıqdan sonra başqa bir şey haqda düşünə bilərik".

Bu ilin əvvəlindən "Alkorkon"da çıxış edən İsrafilov cari mövsüm 13 matçda meydana çıxıb və bir qol vurub. Eddinin komandası hazırda 19 turdan sonra 34 xalla turnir cədvəlinin 5-ci pilləsində qərar tutub. "Alkorkon" lider "Qranada"dans adəcə 4 xal geri qalır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail