"Sumqayıt"da növbəti ayrılıq?

01.01.2019 | 3576 dəfə oxunub

"Sumqayıt" klubu qış fasiləsində heyətində dəyişikliklər etməyə davam edir. Mövsümün ilk yarısında baş məşqçi dəyişikliyi gerçəkləşən “gənclik şəhəri” təmsilçisi rəsmən iki futbolçu ilə güclənib, üçünü yola salıb. “Neftçi”dən gələn Rəşad Əzizli ilə yanaşı, “Zirə”dən ayrılan Adil Nağıyev də bundan sonra “kimyaçılar”ın uğurları üçün tər tökəcək. Əslində, Nağıyevin keçidi daha çox dəyiş-düyüşə bənzəyib. Belə ki, komandadakı mərkəz müdafıəçisi Bəxtiyar Həsənalızadə "Zirə"yə keçib. Həmçinin icarədə olan Orxan Sadıqlı "Keşlə"yə qayıtdısa, onun adaşı Orxan Əliyevlə də yollar ayrılıb. Ancaq Ayxan Abbasovun daha bir futbolçunun xidmətində maraqlı olmadığı deyilir. Bu, Qvanzav Maqomedovdur. Futbolçu ilə yaxın günlərdə müqaviləyə xitam veriləcəyi gözlənilir.

"Gənclik şəhəri" təmsilçisi qış fasiləsinə turnir cədvəlində 6-cı pillədə yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail