"Azərbaycan millisinə çağırsalar, bu təklifi sevinclə qəbul edərəm”. - "Qarabağ"ın əcnəbisi

02.01.2019 | 3726 dəfə oxunub

"Çempionlar Liqasında və Avropa Liqasında kifayət qədər oyunlar keçirdik. Bir neçə cəbhədə mübarizə apardığımız üçün baş məşqçimiz heyətdə tez-tez rotasiyalar edirdik. Hələ çempionatın ilk hissəsi arxada qalıb. Ümid edirəm ki, sonda titula sahib olacağıq. Çempionatın lideri olan "Neftçi"dən 3 xal geridəyik".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına açıqlamasında deyib. Xorvatiyalı yarımmüdafiəçi "Qəbələ"dən ayrıldığı üçün keçmiş klubundan üzrxahlıq istəyib: "Onları qoyub getdiyim üçün üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. "Qəbələ" rəsmiləri zarafatca məndən soruşurdular ki, nəyin çatmırdı?. Amma indi "Qarabağ"ın futbolçusuyam".


Futbolçu Azərbaycan yığması barədə fikirlərini bildirib: “Hazırda millinin işləri yaxşı getmir. Komandanın Millətlər Liqasının D liqasında qalması məyusluq yaradıb. Robert Prosineçkinin millinin baş məşqçisi olduğu vaxt yığma yaxşı nəticələr göstərirdi. İndi isə Kosovoya 0:4 hesabı ilə uduzdular. Azərbaycan millisinin potensialı var. Lakin Kosovoya bu məğlubiyyət onları üzdü”.

Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişinin səbəbini bilmədiyini söyləyib: "Nəyin baş verdiyini bilmirəm. Qurban Qurbanovun "Qarabağ"dakı uğurları göz önündədir. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi xoşlayan çalışdırıcıdır". 

27 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivinə də toxunub: “Qarabağ”la müqaviləm 2+1 il müddətinədir. Əgər məni Azərbaycan millisinə çağırsalar, bu təklifi sevinclə qəbul edərəm”. 

Ozobiç Xorvatiya millisinin heyətində rəsmi oyun keçirməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail