Stadium.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Eltun Yaublu uzun müddətdən sonra məşqlərə başlayıb. Müdafiəçinin yoxluğunda kapitanlıq bazubəndini Rahid Əmirquliyev daşıyırdı.
"Səbail" təlim-məşq toplanışınin ikinci mərhələsi üçün yanvarın 12-də Antalyaya gedəcək. Yanvarın 25-nə qədər olacaq hazırlıq prosesində komandanın 3 yoxlama görüşü oynaması planlaşdırılıb.