"Maksimova Azərbaycanda hələ də maraq var"

10.01.2019 | 3815 dəfə oxunub

Ukraynanın "football.ua" saytı ölkənin işsiz olan ən yaxşı baş məşqçilərinin siyahısını hazırlayıb. 

Stadium.az xəbər verir ki, siyahıda "Keşlə"nin sabiq baş məşqçisi Yuri Maksimovun da adı var. 50 yaşlı mütəxəssis barədə bunlar qeyd edilib: "Bu mütəxəssis ciddi uğurlara baxmayaraq, çox şanslı deyil. Maksimovun məşqçi karyerasına Minsk "Dinamo"sunda başladı və Ukraynanın bir neçə klubunu da çalışdırdı. Ancaq o, bu müddətdə uğursuz olub. Yalnız 2014-cü ildə Rusiyanın "Mordoviya" klubunu diviziondan Premyer Liqaya yüksəltdi, lakin onun orada qalıb çalışmaq şansı yox idi. Ötən il Maksimov üçün xeyli uğurlu oldu. O, Azərbaycanın "Keşlə" klubuna tarixində ilk dəfə ölkə kubokunu qazandırmağa nail oldu. Hələ də Maksimova Azərbaycandan maraq var. Ancaq o, təkliflərdə tələsmir".

Siyahıda Aleksandr Qolobko, Yuri Kalintvinçev, Sergey Puçkov, Viktor Skripnik və Pavel Yakovenkonun da adı var. 

Ukraynalı mütəxəssis ötən mövsümün gedişində "Keşlə"nin "sükanı arxası"na keçmişdi. Maksimov paytaxt təmsilçisinə ölkə kubokunu qazandırmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail