Stadium.az xəbər verir ki, fransalı hücumameyilli yarımmüdafiəçi paytaxt klubundan olduqca yüksək əmək haqqı tələb edib."Ağ-qırmızılar" isə 27 yaşlı futbolçuya bu məbləği ödəyə bilməyib. Manzorro bu səbəbdən də "Keşlə"də aşağı maaşa oynamağa razı olmayıb. O, Qazaxıstanın "İrtış" klubuna keçib.
Manzorro ölkəsində "Reims" və "Bur-an-Bress"də çıxış edib. O, Bolqarıstanın "Çernomorets" və "Slaviya" (Sofiya), İranın "Paykan" (Tehran), Litvanın "Suduva" və "Jalgiris" klublarında çıxış edib.