U-21 millimizin baş məşqçisi açıqlanıb - Rəsmi

11.01.2019 | 2725 dəfə oxunub

Azərbaycanın U-21 millisinin baş məşqçisi müəyyənləşib. Stadium.Az federasiyanın saytına istinadən xəbər verir ki, AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi vəzifəsi Milan Obradoviçə həvalə olunub.

42 yaşlı mütəxəssis son olaraq, Serbiya milli komandasında məşqçi işləyib.

Pro kateqoriyasına malik Obradoviç bunadək 2014-15-ci illərdə Napredak-da (Krusevac, Serbiya), 2015-ci ildə Zavrc-da (Sloveniya) köməkçi məşqçi, 2015-2017-ci illərdə Koper (Sloveniya) - baş məşqçi kimi çalışıb. 2017-ci ildə Serbiya U-19 və U-20, həmçinin U-17 yığmalarına rəhbərlik edən çalışdırıcı 2 həmin il əsas millidə köməkçi məşqçi təyin olunub. O, bu vəzifə ilə 2018-ci FIFA Dünya çempionatına da qatılıb. 42 yaşlı çalışdırıcının son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub.

Obradoviç futbolçu karyerasında Yuqoslaviyanın U-21 millisində 12, əsas yığmasında 8 oyun keçirib. Oyunçu 1998-2001-ci illərdə Obilich (Belqrad, Serbiya), 2001-2003-cü illərdə Lokomotiv (Moskva, Rusiya), 2003-2004-cü illərdə Borussia (Mönhenqladbax, Almaniya), 2004-2005-ci illərdə Akratitos (Afina, Yunanıstan), 2006-2013-cü illərdə Metallist (Xarkov, Ukrayna), 2013-2014-cü illərdə Partizan (Belqrad, Serbiya), 2014-cü ildə OFK-nın (Belgrad, Serbiya) şərəfini qoruyub.

Lokomotiv-lə Rusiya çempionu və Superkubokun qalibi olan Obradoviç UEFA Çempionlar Liqasında 15, UEFA Avropa Liqasında 36 oyunda meydana çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail