"Neftçi" və "Bursaspor" arasında əməkdaşlıq müqaviləsi

22.01.2019 | 3764 dəfə oxunub

"Neftçi” ilə “Bursaspor” arasında qardaşlıq və starateji əməkdaşlıq müqaviləsi imzalanıb. 

Stadium.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun bazasında keçirilən imza mərasimində “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev, Superliqa təmsilçisinin prezidenti Əli Ay və vitse-prezident Cem Öztürk iştirak ediblər. “Neftçi” ilə gələcək iş birliyi haqda təəssüratlarını bölüşən Ə.Ay bütün sahələrdə əməkdaşlıq edəcəklərini bildirib: “Neftçi” Azərbaycan futbolunun köklü və çempion klubudur. Bir müddətdir onlarla bu əməkdaşlığı müzakirə edirdik. “Fənərbaxça” ilə oyunda qonağımız oldular. Stadionumuz, xüsusilə də “Goldsit 1963” tribunamızı çox bəyəndilər. Sadəcə, idman deyil, bir müəssisə kimi, hər sahədə əməkdaşlıq edəcəyik. Reklam, marketinq, media, mağaza və skout məsələlərində fikir mübadiləsi aparıb, ortaq layihələr gerçəkləşdirəcəyik. İş birliyimizin xeyirli olmasını arzulayıram. Bu arada Cem Öztürkə də təşəkkür edirəm. Öz işi ilə bağlı Azərbaycanda olarkən Kamran Quliyevlə tanış olub və belə bir əməkdaşlığın ərsəyə gəlməsində yaxından iştirak edib. İnanıram ki, çox gözəl şeylər olacaq. Bir-birimizə faydamız dəyəcək”.

Mərasimdə çıxış edən “Neftçi”nin prezidenti Kamran Quliyev isə “Bursaspor”dan nümunə götürməli çox şey olduğunu bildirib: “Bizim üçün qürürverici bir andır. Belə bir klubda sizlərlə bir yerdə olmaqdan məmnunuq. Əli bəyə, Cem bəyə, bütün idarə heyətinə təşəkkürümü bildirmək istəyirəm. Qardaş ölkədən gəlmişik. Azərbaycanın ən böyük, tarixin ən qədim klubuyuq. Sovet İttifaqı dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış bir komandayıq. Sizlərlə birlikdə olmaq bizim üçün çox xoş və sevinclidir. Dünən “Fənərbaxça” ilə oyununuzu izlədik. Bəxtiniz gətirmədi. Mötəşəm stadionunuz, özəl klubunuz və azarkeşləriniz var. Sizdən nümunə götürməli çox şey var. Əli bəyə çox təşəkkür edirəm. Biim əlaqələrimiz davam edəcək. Gələcəkdə ortaq işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail