"Görüləcək işlərimiz var" - Obradoviç

24.01.2019 | 3451 dəfə oxunub

"Tanışlıq baxımından qısamüddətli toplanış məni qane etdi. Komanda üzvləri ilə tanış olmağı planlaşdırmışdıq, məqsədimizə çatdığımızı deyə bilərəm".

Stadium.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın “Spartak-2” (Moskva) komandası ilə keçirilmiş yoxlama oyunundan sonra 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç bildirib. Federasiyanın saytına açıqlama verən serbiyalı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:


“Oyuna gəldikdə, həm hücumda, həm də müdafiədə taktiki baxımdan planlaşdırdıqlarımızı yerinə yetirdik. Təbii ki, bu amil məni sevindirdi. Ancaq bundan daha yaxşı oynaya bilərdik. Əlverişsiz hava şəraiti imkanlarımızdan istifadə etməyimizə mane oldu. Xüsusilə də birinci hissədə bunu daha çox hiss etdik. Çünki güclü küləyə qarşı da mübarizə apardıq. Uşaqlarda istək böyük idi. Onlar özlərini yaxşı tərəfdən göstərməyə, tapşırıqları daha yaxşı yerinə yetirməyə çalışdılar. Fərdi baxımdan səhvlərə yol verdik. İstənilən halda, bu oyun taktiki baxımdan yaxşı sınaq oldu. Düşərgəmizdə zədəli futbolçuların olduğunu da qeyd edim. Qarşıda görüləcək işlərimiz var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail