"İnter" yüksək yerlər uğrunda mübarizə aparmaq gücündədir"

23.01.2012 | 4565 dəfə oxunub

"İnter"in əvəzedici komandasının baş məşqçisinin köməkçisi Rüstəm Əliyev müsahibəsində mövsümün ikinci hissəsinə hazırlıq prosesindən danışın, eləcə də digər suallara cavab verib. Stadium.az Rüstəm Əliyevin klubun rəsmi saytına verdiyi müsahibəni təqdim edir.

- Uzun müddət idi ki, "İnter"in əvəzedici komandasında futbolçu kimi çıxış edirdiniz. Necə oldu ki, belə cavan yaşda birdən-birə futbolçu karyerasını buraxıb məşqçilik fəaliyyətinə başladınız?
- Buna əsas səbəb zədələr oldu. Futbolçu karyeramın davam etməsinə məhz bu amil mane olub. Zədələr xroniki xarakter almağa başlayanda qərar verdim ki, oyunçu karyeramı başa çatdırım.
 
- Bəs məşqçiliyə gəlişiniz necə alındı?
- Fürsətdən istifadə edib, məşqçiliyə gəlməyimdə böyük əməyi olan "İnter"in prezidenti Georgi Nikolova təşəkkür etmək istərdim. Bu peşə ilə məşğul olmağı çox istəyirdim və sevinirəm ki, buna nail ola bildim.
 
- Bir ilə yaxındı ki, bu işin içindəsiniz. Bu müddət ərzində hansı yenilikləri öyrəndiniz?
- Bilirsiz, kənardan baxanda məşqçilərin işi çox asan görünür. Amma bu, əsla belə deyil. Məşqçiliyə başladığım vaxtdan bu sənətin sirlərini bir-bir öyrənməyə çalışıram. Tofiq Mustafayev kimi məşqçinin yanında işləmək mənim artımıma müsbət təsir göstərir. Bundan başqa, daim "İnter"in əsas komandasının məşqlərini izləyirəm və bilmədiyim şeyləri öyrənmək istəyirəm. Yaxşı məşqçi olmaq üçün hər zaman nəyisə öyrənmək lazımdı.
 
- Mövsümün ilk hissəsini qiymətləndirməyinizi xahiş edirik. İlk hissə “İnter”in əvəzedici heyəti üçün necə alındı?
- Biz mövsümə yaxşı start verdik, lakin daha sonra arzuolunmaz nəticələrlə üzləşdik. Çempionatın birinci hissəsi bizim üçün nə yaxşı, nə də pis keçdi. Fikirimcə, komandamız orta səviyyədə çıxış etdi.
 
- Mövsümün ikinci hissəsindən nə gözləyirsiniz?
- Ümid edirəm ki, çempionatın ikinci hissəsində komandamız daha yaxşı çıxış edəcək. Zənnimcə, "İnter" yüksək yerlər uğrunda mübarizə aparmaq gücündədi.
 
- Bu mövsümdən etibarən "İnter"in əsas komandasında əvəzedici heyətin iki üzvü - Elnur Abdulovla Asif Mirili çıxış edirlər. Sizcə, hazırkı əzəzedici heyətin futbolçularından daha kim əsas komandaya namizəd ola bilər?
- "İnter"in əvəzedici heyətində pesrpektivli oyunçular çoxdu. Sevindirici haldı ki, əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadze əvəzedici heyətin oyunlarını izləyir və bəyəndiyi futbolçuları əsas heyətin məşqlərinə dəvət edir. Hal-hazırda bir-neçə futbolçumuz əsas komandanın sıralarında Türkiyədə təlim-məşq toplanışı keçirlər. Bundan əlavə Ramil Mansurov və Ruslan Cəfərov kimi futbolçuları qeyd edə bilərdim. Fikirimcə, bu oyunçular da "İnter"ın əsas heyətinə düşə bilər. Amma bunun üçün uşaqlar çox çalışmalıdılar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail