"Sumqayıt" səhər məğlub oldu, axşam qələbə qazandı

26.01.2019 | 5191 dəfə oxunub

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün iki yoxlama oyunu keçirməli idi. Stadium.Az xəbər verir ki, Ayxan Abbasovun komandası əvvəlcə Almaniya Regional Liqası təmsilçisi "Optik", daha sonra isə Serbiya təmsilçisi “Zemun”la qarşılaşmalı idi. 

İlk qarşılaşma əlverişsiz hava şəraiti ilə bağlı yarımçıq dayandırılıb. Komandalar ilk hissədən sonra matçı davam etdirməyəyə qərar veriblər. 45 dəqiqəlik görüşdə "Sumqayıt" 0:1 hesabı ilə uduzub.

İkinci oyun isə "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində qolları 24-cü dəqiqədə Yusif Nəbiyev və 63-cü dəqiqədə Ülvi İsgəndərov vurublar. 

"Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "Çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail