Sənan Qurbanov: "Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır"

27.01.2019 | 4732 dəfə oxunub

"Əlverişsiz hava şəraitinə görə oyunun təxirə düşməsindən ehtiyatlanırdıq. Bundan əvvəl keçirilməli olan “Fakel”lə matç baş tutmamışdı. Belə olması planlarımıza daxil deyildi".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Əyalət təmsilçisi bu gün Antalyada keçirilən təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda MTK (Macarıstan) ilə qarşılaşıb. “Qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatan matç barədə fikirlərini açıqlayan S. Qurbanov komandasından razı qalıb:

"Sevindirici haldır ki, qarşılaşma baş tutdu. Futbolçuların verilən tapşırığı maksimum yerinə yetirməyə çalışması da sevindirici məqamdır. Hərçənd oyunun keçirilməmək ehtimalı onların konsentrasiyasına təsir etmişdi. Baş tutan oyundan tam razı qala bilərik. Bütün futbolçulara da şans verdik. Yaxşı oyun alındı. Artıq qarşıdakı görüşə hazırlaşacağıq”.

Qurbanov mövsümün ikinci yarısının hazırlıqlarını da dəyərləndirib: “Bakıda bir həftəlik proqramı yerinə yetirdik. Razı qaldığımı deyə bilərəm. Antalyada isə iki həftəlik proqram üzrə çalışdıq. “Fakel”lə baş tutmayan oyunu çıxmaq şərtilə həm Bakı, həm Antalyadakı toplanış bizim üçün əlverişli oldu, bundan yaxşı faydalandıq. Ən əsası isə toplanışı zədəsiz başa vurduq. Ayın 3-də başlayacağımız mövsümün ikinci yarısına tam heyətlə hazırlaşa biləcəyik. Komanda fiziki və psixoloji cəhətdən tam hazırdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail