"Rəqib bizi çox səhv etməyə məcbur etdi"

27.01.2019 | 5194 dəfə oxunub

"Əvvəlcədən də rəqibimizin gücünü bilirdik, çox sürətli və səlis futbolçuları var idi və bunu da bu gün meydanda da gördük".

Stadium.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsində Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 

47 yaşlı mütəxəssis bildirib ki, bu oyun komandası üçün çox faydalı olub: "Rəqib bizi çox səhv etməyə məcbur etdi və bu da bizim xeyrimizə oldu. İkinci hissə daha fərqli oldu, rəqibin heyətində dəyişikliklər oldu və bizim futbolçular topla daha aktiv olmağa başladılar. Amma bizim də qol epizodlarımız oldu. "Şaxtyor" əlinə düşən fürsətlərdən maksimum istifadə etməyi bacaran komandadır. Sevindirici haldır ki, oyun sona qədər davam etdi. Bura gələndə hava şəraiti istədiyimizi tam yerinə yetirmək üçün icazə vermirdi, amma sonda hər şey düşündüyümüz kimi oldu. Bugünkü oyun da tam istədiyimiz kimi oldu. Belə oyunlar bizə yalnız fayda verir".

Bu, "Qarabağ"ın Antalya toplanışında son oyunu olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail