"Azərbaycanlı futbolçular taktiki hazırlıqda bir qədər geri qalırlar" - Kvaşuk

27.01.2019 | 4002 dəfə oxunub

Ailəm Kiyevdə yaşayır, amma son yarım ildə onlar tez-tez Azərbaycana uçmalı olurdular. Bir gün yoldaşım dedi ki, gəl, evimizə yaxın ölkəyə gedək. Elə alındı ki, "Qomel"dən gələn təklif hamının ürəyincə oldu". 

Stadium.az xəbər verir ki, bu sözləri qış fasiləsində "Sabah"dan göndərilən Vitali Kvaşuk deyib. Azərbaycandan ayrıldıqdan sonra Belarus təmsilçisi "Qomel"ə keçən ukraynalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında əvvəlcə ölkəmizdəki 6 aylıq karyerasından danışıb: "Fiziki baxımdan hazır idim. Ancaq yaxşı yadımdadır, gecə saat 3-də təyyarədən düşəndə Bakıda havanın temperaturu təxminən 25 dərəcə idi. İqlimə uyğunlaşmaq üçün bir neçə həftə lazım oldu. Həmçinin yerli mentalitetə alışmaq üçün də vaxt lazım idi. Müşahidələrimə əsasən, deyə bilərəm ki, digər əcnəbilərlə müqayisədə, postsovet ölkələrindən olan insanların Azərbaycandakı həyat tərzinə uyğunlaşması bir az çətin olur". 25 yaşlı futbolçu Azərbaycan futbolunda güclü rəqabət olduğunu söyləyib: "Bir il öncə də karyeramı Azərbaycanda davam etdirmək variantı var idi. Həmin vaxt müəyyən səbəblərdən keçidim alınmadı. Amma nəticə etibarilə yayda bu ölkəyə getdim. Yerli çempionatın bir çox oyunlarına baxmışdım və deyə bilərəm ki, orada komandaların səviyyəsi ciddi dərəcədə yuxarıdır. Komandaların çoxunda yaxşı legionerlər çıxış edir. Onların sayəsində çempionatın səviyyəsi yüksəkdir və rəqabət inanılmaz dərəcədədir. Şadam ki, Marko Deviç kimi usta futbolçu ilə bir yerdə oynadım. Cəsarətlə deyə bilərəm ki, karyeramın bu mərhələsi mənə peşəkarlıq baxımından çox şey verdi". Kvaşuk Azərbaycan və Belarus çempionatlarını da müqayisə edib: "Belarus futbolunda fiziki mübarizəyə üstünlük verilir. Komandalar tez-tez uzun ötürmələrdən istifadə edirlər. Azərbaycanda isə güc futboluna üstünlük verən elə də çox komanda yoxdur. Onlar qısa ötürmələrlə sürətli oyundan istifadə edirlər. Ola bilər ki, azərbaycanlı futbolçular taktiki hazırlıqda bir qədər geri qalırlar, amma texnikaları bu boşluğu sığortalayır".

Kvaşuk bu mövsümün əvvəlində "Sabah"a keçmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail