Klublarımız transferə nə qədər pul xərcləyib?

31.01.2019 | 4785 dəfə oxunub

FİFA 2018-ci ildə klubların transferlərə xərclədiyi vəsaitin hesabatını hazırlayıb. Stadium.Az FİFA-ya istinadən xəbər verir ki, Azərbaycan klubları ötən il yeni oyunçulara ümumilikdə 2.1 milyon dollar xərcləyib.

Ölkəmiz bu göstərici ilə 47-ci sırada qərarlaşıb.

Siyahının ilk pilləsində transferə 1 milyard 981,3 milyon dollar pul xərcləyən İngiltərə yer alır. İspaniya 1 milyard 352.5 milyon dollarla ikinci, İtaliya isə 848.9 milyon dollarla (29.8% artım) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan klublarının transfer gəlirləri isə 1.4 milyon dollar təşkil edib. Ölkə bu göstəricidə 73-cü sıradadır. Gəlirə görə isə ilk sırada Fransa (936.3 milyon dollar), ikinci yerdə İngiltərə (935.2 milyon), üçüncü yerdə isə İspaniya (908 milyon) qərarlaşıb.

Qeyd edək ki, 2017-ci illə müqayisədə Azərbaycan təmsilçilərinin ümumi transfer xərcləri 61,6% azalıb, gəlirləri isə 95.7% artıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail