"Qəbələ" - "Sumqayıt": 27-ci duel

31.01.2019 | 4529 dəfə oxunub

Bu həftə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək. Stadium.Az xəbər verir ki, “Qəbələ” 2019-cu ildəki ilk rəsmi matçını “Sumqayıt”a qarşı keçirəcək. 

15-ci turun görüşü “qırmızı-qaralar”ın meydanında baş tutacaq. Bu, matçla hər iki komanda 3-cü dövrəyə başlayacaq. İlk iki dövrədə üz-üzə gələn rəqiblər heç-heçələri sıralayıb. Qəbələdəki ilk oyunda "qırmızı-qaralar" hesabı 1-ci hissədə açsa da, matçın sonunda bərabərlik qolunu buraxıb – 1:1. Sumqayıtdakı görüşdə isə meydan sahibləri 2 top önə keçsə də, “Qəbələ" hesabda tarazlıq yaratmağa müvəffəq olub – 2:2.

Fevralın 3-də baş tutacaq oyun ümumilikdə rəqiblərin 27-ci qarşılaşması olacaq. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində baş tutub. “Qəbələ” Sumqayıtın eyniadlı təmsilçisi ilə matçlarda böyük üstünlüyə malikdir. 16 dəfə qələbə qazanan komanda 8 dəfə 1 xalla kifayətlənib və yalnız 2 dəfə uduzub. Bu oyunlarda meydanı heç vaxt qolsuz tərk etməyən “qırmızı-qaralar” top fərqində də öndədir – 46:20. “Sumqayıt”la görüşlərin ən yaxşı bombardiri Viktor Mendi 7 dəfə rəqib qapısına yol tapıb. Aleksey Qay, Dodo, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 qol vurublar.

“Qəbələ” evdə keçirdiyi 13 görüşdə məğlub olmayıb. Doğma arenada 10 qələbəsi olan komanda 3 heç-heçə edib. Rəqib qapısından 25 top keçirən "Qəbələ" 7 qol buraxıb.

Fevralın 3-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail