"Neftçi"nin baş məşqçisi: "Bizim işimiz əsas komandaya layiqli futbolçu hazırlamaqdır"

24.01.2012 | 4288 dəfə oxunub

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Antalya təlimləri barədə klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, o, bunları dilə gətirib:

"Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Səhər idmanı daxil olmaqla gündə 3 məşqimiz olur. Qarşıda 3 yoldaşlıq oyunumuz var. İlk rəqibimiz  Rusiyanın "Dinamo" klubunun əvəzedici heyətidi. Buradakı təlimlərimizə aşağı yaş qrupu komandalarından 7-8 futbolçu cəlb etmişik. Yoxlama oyunlarında onları da sınayacağıq. Bu futbolçular əvəzedici heyətə düşməyə namizəddi. Bizim işimiz əsas komandaya layiqli futbolçu hazırlamaqdı. Təkcə "Neftçi"də əvəzedici heyətə Antalyada hazırlıq keçmək imkanı yaradılıb. Çalışacağıq ki, klub rəhbərliyinin bu etimadını doğruldaq".

Əvəzedici komandanın məşqçisi Səttar Əliyev də fikirlərini bölüşüb: "Səhər məşqlərimizi fiziki təmrinlər üzərində qurmuşuq. Axşam isə futbolçulara əsasən toplu çalışmalar veririk. Hər bir futbolçu anlayır ki, əsas komandaya keçmək üçün öz komanda yoldaşları ilə sağlam rəqabət aparıb qalib gəlməlidir. Rəhbərlik tərəfindən bu qayğını görən futbolçular daha səylə və ruh yüksəkliyi ilə məşq edir. Bu dəfə 6 futbolçumuz əsas komanda ilə hazırlıqlara qoşuldu. Yaxın gələcəkdə bu say daha da artacaq".
 
Əvəzedici komandanın məşqçisi Vitali Kovalyov: "İki qapıçımız Əyyub Əliyev və Rəşad Əzizli əsas komanda ilə hazırlıqlara cəlb olunmuşdu. Sözsüz ki, bu onlar üçün böyük təcrübə oldu. Antalya təlimlərimiz başlayandan sonra onlar əvəzedici heyətin düşərgəsinə gəldi. Çünki qarşıda yoldaşlıq oyunlarımız var. Hər ikisi gənc və perspektivlidi. Öz üzərlərində çalışsalar, yaxın gələcəkdə onları da "Neftçi"nin əsas heyətində görə biləcəksiniz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail