Mövsümün azarkeş rekordu qeydə alındı

04.02.2019 | 3832 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 15-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Stadium.az xəbər verir ki, turun ilk görüşü Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Sabah" arasında baş tutub. Qonaqların 2:0 hesablı qələbəsini stadionda 200 nəfər izləyib. "ASK Arena"da baş tutan "Keşlə" - "Səbail" matçında (0:3) 450, Qəbələ şəhər stadionunda reallaşan "Qəbələ" - "Sumqayıt" qarşılaşmasında (1:0) isə 530 azarkeş qeydə alınıb.

Turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" və "Neftçi" arasında baş tutub. 1:1 hesablı heç-heçə ilə başa çatan matçı 6000 nəfər izləyib. Bu göstərici isə rekord olub. Daha öncə cari mövsüm bir oyuna bu qədər fanat qeydə alınmamışdı. Daha əvvəlki rekord isə 6-cı turun "Əlincə Arena"da keçirilən "Sabah" - "Qarabağ" (0:2) matçınında reallaşmışdı. Sözügedən oyunu 4500 azarkeş izləmişdi. Beləliklə, 15-cü turda 7180 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1795 fanat deməkdir. Bu isə cari mövsümün ən yaxşı göstəricisidir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail