Stamenkoviçin 40-cı quru oyunu

04.02.2019 | 4966 dəfə oxunub

“Sabah”ın qapıçısı Saşa Stamenkoviçin Azərbaycan Premyer Liqasındakı uğursuz seriyası qırılıb. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün ilk yarısının son 6 oyununda qapısında qol görən serbiyalı legioner, 15-ci turun “Zirə”ylə görüşündə (2:0) “çərçivə”ni toxunulmaz saxlayıb.

Bu, debütantın qapıçısının mövsümdə 6-cı “quru” oyunu olub. Serbiyalı qolkiper bu göstəricidə yalnız Səlahət Ağayevdən (8) geri qalır.

Səfər görüşü Stamenkoviç üçün həm də yubileylə əlamətdar olub. O, Azərbaycan çempionatlarında 40-cı dəfə qapısını toxunulmaz saxlayıb. 2011-15-ci illərdə şərəfini qoruduğu “Neftçi”də keçirdiyi 98 matçdan 34-də qol buraxmayan balkanlı əlcək sahibi “Sabah”dakı 15-ci sınaqda 6-cı “quru” oyununa çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail