U-19 millimizin heyəti açıqlanıb

05.02.2019 | 3989 dəfə oxunub

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının fevralın 6-dan 9-dək Bakıda, ayın 10-dan 18-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışı olacaq.

Stadium.Az AFFA-nən rəsmi saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində fevralın 12-də İspaniyanın, 2 gün sonra Ranero klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı açıqlanıb. Hazırlıq prosesinə 20 futbolçu çağırılıb: 

Nicat Mehbaliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Zamiq Əliyev, Tural Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı (hamısı Qarabağ), Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı (hamısı Qəbələ), Zahid Mərdanov, Şakir Seyidov, Emil Qasımov (hamısı Sabah), Nail Alışov, Turan Vəlizadə (hər ikisi Neftçi), Əkbər Vəliyev (Keşlə), Elnur İbrahimov (Spartak-2, Moskva, Rusiya), Maksim Bayramov (Arminiya, Almaniya), Murad Mahmudov (FSV Frankfurt, Almaniya), Kamran Quliyev (Jonova, Litva).

Murad Mahmudov və Maksim Bayramov komandanın düşərgəsinə fevralın 10-da qoşulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail