Blatter: "FİFA çempionatın Azərbaycana həvalə edilməsindən məmnundur"

24.01.2012 | 4777 dəfə oxunub

FİFA-nın prezidenti Yozef Blatter AFFA-nın saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

Cənab Blatter, Azərbaycanda ilk dəfə keçiriləcək 17 yaşadək qadınlar arasında dünya çempionatına hazırlıqla bağlı görülən işləri necə qiymətləndirirsiniz?
- Bu çempionata hazırlıqla bağlı görülən işlərdən çox razıyıq. Hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir. Mən buna əvvəldən də əmin idim. Çünki Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlər buna geniş zəmin yaradır. Əgər dünya çempionatlarına ev sahibliyi etmək istəyən bütün ölkələr belə çalışsalar, o zaman təşkilati işlərlə bağlı heç bir problemlə qarşılaşmarıq.

AFFA-nın 17 yaşadək qadınlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı təqdim etdiyi sosial və mədəni layihələr bizi həddindən artıq sevindirir. Bununla yanaşı, çempionatda iştirak edəcək bütün futbolçuların valideynlərinin, həmin ölkələrin oğlanlardan və qızlardan ibarət digər yaş qruplarına aid komandalarının AFFA tərəfindən Azərbaycana dəvət edilməsi çempionata xüsusi rəng qatacaq, turnirin daha da maraqlı keçməsinə səbəb olacaq. Bu və digər ideyalarınız bizi sevindirir. Belə gözəl və inanılmaz layihələri görmək üçün çempionatın başlanmasını səbirsizliklə gözləyirik. Çünki bu regionda və belə mədəni tədbirlər çərçivəsində 17 yaşadək qadınlar arasında dünya çempionatını keçirmək bütün dünyada qadın futbolunun inkişafına böyük təkan verəcək. Bu işə böyük dəstək verdiyinə görə dövlət başçınıza və AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. FİFA bu çempionatın keçirilməsinin Azərbaycana həvalə edilməsindən məmnundur. Üzümü azarkeşlərə tutub deyirəm ki, Azərbaycanda qadın futbolunun inkişafına dəstək verin. Belə olan halda, kişi futbolu da inkişaf edəcək, çünki bu, onlar üçün böyük bir çağırış olacaq.

- Artıq məlumatınız var ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Buna FİFA prezidenti kimi sizin də münasibətinizə bilmək maraqlı olardı.
-Dövlətinizin başçısı İlham Əliyevlə bizim dostluq əlaqələrimiz var və onun idmanın inkişafı naminə necə böyük səylə çalışdığını yaxşı bilirəm. Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin “İdman ili” elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm. Hər birinizə uğurlar arzulayıram. Bu ilin sentyabr ayında görüşənədək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail