"Bakı"nın zədəliləri sıraya qayıdır

24.01.2012 | 4703 dəfə oxunub

Dünən Türkiyəyə yollanan "Bakı" bu gündən etibarən hazırlıqların ikinci hissəsinə start verib. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksandr Starkov rəhbərliyi altında bir araya gələn "Bakı" taktiki və fiziki təmrinlər üzərində çalışmalarını davam etdirir. "Zolaqlılar" gündə 2 məşqlə verilən tapşırıqlar üzərində işləyirlər.

Bu arada zədə səbəbindən komandadan ayrı düşən futbolçuların sağlamlığının yaxşılığa doğru dəyişməsi xəbərləri gəlir. "AZ Alkmaar"la oyunda damarı dartılan Uinston Parks və sümük zədəsi səbəbi ilə meydanlardan kənar qalan Elvin Əliyev müalicələrini davam etdirirlər.

Hər iki futbolçu son günlər ərzində "İstanbul Acıbadem Fulya Hastanesi Spor Sağlığı Merkezi"ndə müalicə aldıqdan sonra düşərgəyə qayıdıblar. Uinston Parksın yaxın günlərdə intensiv məşqlərə qatılacağı təxmin edilir. Elvin Əliyev isə müalicəsini daha 2 həftə ərzində davam etdirəcək.

Sonda onu da əlavə edək ki, komanda 2 gün sonra daha bir yoldaşlıq oyunu keçirəcək. Yanvarın 26-da komandanın rəqibi Rumıniyanın "Panduri" klubu olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail