Samir Abasov: "Mənim komandam son pillədə getməməlidi"

24.02.2019 | 4912 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 18-ci turunada "Sumqayıt" üzərində qələbə qazanan "Zirə"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

- İlk hisssə istədiyimiz oyunu göstərdik. Amma ikinci hissə göstərdi ki, çatışmazlıqlarımız var. İlk hissəni belə, ikinci hissəni fərqli oynamaq heç də xoş olmadı. Buna imkan vermək olmaz. Hər stuasiyaya hazır olmaq lazımdı. İlk hissə gördüyüm ən gözəl oyun idi. İkinci hissə sanki oyundan qopduq. İkinci yarı xoşa gələn isə əks hücumlara bir neçə dəfə çıxa bilməyimiz oldu

- Komanda sonuncu pillədən uzaqlaşdı. Qarşıdakı hədəf çempionatdan ya kubokdan avrokuboklara getməkdir?

- Kuboka hələ çox var. Ordada rəqibimiz "Sumqayıt"dı. Sonuncu pillədə olanda da hədəfimiz həm çempionat, həm də kubokda uğurlu  çıxış etmək idi. Samir Abasovun kamandası son pillədə getməməldi. Hədəfimiz avrokuboklara getməkdir

- Samir Abasovun "Zirə"də gələcəyi necə görünür?

- Bir qədər tələsirik bu haqda danışmağa Bu gün burdayam olduğum yerdən çox razıyam. İmkanlarım çox genişdi. Zədələr, cəzalılar olanda əvvəlki oyunlarda çətinlik çəkirdik kimləri buraxaq. Amma bu gün seçim imkanlarımız çox genişdi. Rəhbərliyə təşəkkür edirəm, uğursuzluqlarda yanımızda oldular

- Özünüzü sonuncu pilləyə layiq görmədiniz. Bəs o yerə kim layiqdi?

- Buna sizlər qərar verin. "Zirə" heç vaxt sonda olmayıb. Mənimlə də bu yerdə olmasını istəmirəm. Bu yerdə qalmaq üçün bura gəlməmişəm. "Zirə" yaranan gündən ilk pillələrdə olub və avrokuboklar üçün mübarizə aparıb

- Afrikalı futbolçuları tanımaqda çətinlik çəkmirsiz?

- Başqa çarəmiz yoxdu. Amma yaxşı tərəf odur ki, hamısı ingilis dilini bilir



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail