İon Karas: "Yığmanızla yenidən qarşılaşmaq pis olmazdı"

25.01.2012 | 4842 dəfə oxunub

Türkiyənin Antalya şəhərindəki Bələk qəsəbəsinin otelləri müxtəlif ölkələrdən gələn futbol komandaları və mütəxəssisləri ilə doludur. “Xəzər Lənkəran”ın Almaniya “Volfsburq”u ilə keçirdiyi yoldaşlıq görüşünü izləyənlər içərisində Moldova yığmasının baş məşqçisi İon Karas da vardı. Karasla müsahibəni təqdim edirik:

- Əvvəlcə Moldova yığmasına baş məşqçi təyinatınız barədə danışardınız…

- Bu, mənim yığmaya ikinci baş məşqçi təyinatımdır. İlk dəfə 1991 – 1997-ci illərdə millinin sükanı arxasında olmuşam. Yəni, Moldova yığmasının birinci və hələlik sonuncu baş məşqçisiyəm. 1996-cı il Avropa və 1998-ci il dünya çempionatlarının seçmə qrup mərhələsində komandanın başında durmuşam…

- Amma bu iki seçmə tsikldə qrupda elə də yüksək nəticə göstərə bilməmisiniz. Bəs bu dəfə qarşıya qoyulan məqsəd nədir?

- Əvvəlki seçmə mərhələlərdə yığmamız qrupda 4-cü pillədən yüksək yer tuta bilməyib. 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində isə daha yüksək mövqe tutmağı hədəfləmişik. Bilirəm ki, yığma üzvlərindən bəziləri Azərbaycan klublarında çıxış edir. Amma onların hazırkı durumu elə də ürəkaçan deyil. Vadim Borets və Aleksey Savinov “Bakı”dan ayrılıblar, Vyaçeslav Sofroni “Bakı”ya nəzərən az iddialı “Simurq”a keçib. Çalışacağıq ki, qarşıdakı yoldaşlıq görüşlərində yığmanı formalaşdıraraq, seçmə tsiklə iddialı başlayaq. Bu il ilk seçmə oyunumuzu sentyabrın 7-də Kişinyovda İngiltərə millisi ilə keçirəcəyik. Sentyabrın 11-də - ikinci seçmə oyunumuzu keçirəcəyimiz gün mənim doğum günümdür. Görək, futbolçularım ad günümə Polşadan hansı hədiyyə edə biləcəklər… (gülür)

- Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirməyi düşünmürsünüz?

- Yadımdadır, 1994-cü ilin sentyabrın 7-də Gürcüstanla ilk rəsmi oyunumuzu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdik. Tarixi qələbə öncəsi son yoldaşlıq matçımız isə sentyabrın 2-də Kişinyovda Azərbaycan millisinə qarşı olmuşdu. Həmin qarşılaşmada da qələbə qazanmışdıq - 2:1. Ona görə də qarşıdakı seçmə mərhələ öncəsi yığmanızla yenidən yoxlama matçı keçirmək pis olmazdı. Digər tərəfdən, futbolunuzu çoxdan izləyirəm. Qardaşım oğlu Emil Karas “Daçiya”nın baş məşqçisi olduğu vaxt İntertoto Kubokunda “Bakı”ya rəqib olmuşdu və komandası penaltilər seriyasında mərhələ adlamağı bacarmışdı. Özüm də 2010-cu ilin yayında “Xəzər Lənkəran”a baş məşqçi köməkçisi vəzifəsinə gəlməli idim. Hətta bu barədə klubun sahibi Mübariz Mənsimovla da razılaşmamız olmuşdu. Həm rumın, həm də rus dilində bildiyimdən, Rednikin rusdilli futbolçularla ünsiyyətində yardımçı olmalı idim. Amma sonradan gəlişim baş tutmadı. Mənə elə gəlir ki, Rednik özü istəmədi. Təbii ki, buna təəssüfləndim. Çünki “Xəzər Lənkəran” kimi iddialı klubda işləməyi çox istərdim. Köməkçilərimdən biri İon Testimitsanu əvvəllər futbolçu qismində Bakı “İnter”ində çıxış edib. Hazırda o da bizimlə birgədir.

- Antalyaya geniş tərkibli məşqçi heyəti ilə gəlişinizin məqsədi nədir?

- Biz burada 9 günlük ixtisasartırma keçirik. Avqustda PRO lisenziyası üzrə imtahan verəcəyik. İxtisasartırmamız 5 dövrdən ibarətdir. Türkiyənin Antalya şəhərindəki Bələk qəsəbəsində keçdiyimiz ixtisasartırma bu dövrlərdən 3-cüsüdür. Yanvarın 30-dək burada olacağıq. Əsasən, futbolun taktikasını nəzərdə keçirir, yoldaşlıq oyunlarına baxır, bu görüşlərin təhlilini aparırıq. Xeyli oyuna tamaşa edirik. Prinsipcə, səhərdən axşamadək məhz öz işimizlə məşğuluq. Hazırda 4-4-2, 4-2-3-1, 4-3-3 taktiki sxemlərini nəzərdən keçiririk. Burada 20 nəfərik. Həddən artıq gözəl şəraitimiz var. 5 ulduzlu oteldə qalırıq, otelin həyətində əla meydança var. Bir sözlə, keyfiyyətli ixtisasartırma keçmək üçün hər cür imkanlarımız mövcuddur.

- İxtisasartırmanın ilk 2 mərhələsini harada keçmisiniz və növbəti 2-sini harada planlaşdırırsınız?

- Moldovada PRO kateqoriyalı məşqçilik lisenziyası üçün ödəniş 4000 avrodur. Biz bu məbləği öncədən köçürürük. Əvəzində bütün ixtisasartırma ilə bağlı səfərlərimiz ödədiyimiz puldan çıxır. O cümlədən, Türkiyəyə gəlişimiz, uçuşlar, oteldə qalma və yemək xərclərimiz, meydançaların icarəsi xərcləri 4000 avroya daxildir. İlk ixtisasartırmamız İsveçrədə, ikincisi Moldovada yığmanın bazasında olub. Dördüncü mərhələ xarici klublardan birində, çox güman ki, Rumıniyanın “Styaua” klubunun düşərgəsində olacaq. Artıq bu barədə razılaşmamız var. Sonuncusu isə Moldovanın paytaxtı Kişinyovda olacaq. İxtisasartırma mərhələlərimizi başa vurduqdan sonra avqustda PRO kateqoriyalı lisenziya üçün imtahan verəcəyik.

Lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail