Reynaldo 882 gün sonra "Qarabağ"da qol vurdu

28.02.2019 | 6002 dəfə oxunub

Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunu (1:1) “Qarabağ”ın hücumçusu Reynaldo Silva üçün əlamətdar olub.

Stadium.Az klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı futbolçu 882 gün sonra yenidən “Qarabağ” formasıyla Azərbaycan çempionatında fərqlənib. Silva Premyer Liqada sonuncu dəfə 2016-cı il sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.

Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasının “Fiorentina”yla (1:2) matçına təsadüf edib. Bu qoldan da 807 gün sonra forvard yenidən Ağdam klubunun heyətində rəqib qapısına yol tapıb.

Reynaldo qış fasiləsində Qazaxıstanın "Aktobe" klubundan "Qarabağ"a keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail