Elşad Əhmədov: "Psixoloji düşkünlük görünürdü"

09.03.2019 | 4425 dəfə oxunub

"Sabah”ın baş məşqçisi Elşad Əhmədo Premyer Liqanın 20-ci turunda “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 48 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: - Oyuna pis başlamadıq. Hücumda problemlərimiz var, qol imkanlarından istifadə edə bilmirik. Qapımız qarşısında isə ilk təhlükə qolla nəticələndi. Fasilədə futbolçuları ruhlandırmağa çalışdıq, ama ikinci hissədə yenə müdafiədə səhvə yol verdik. 2-ci qoldan sonra uşaqlar həvəsdən düşdü.

- Meydanın durumu sizin oyununuza necə təsir etdi?

- Təbii örtüyə öyrəşmişik. Hiss olunurdu ki, uşaqlar əziyyət çəkir. Buna baxmayaraq, daha yaxşı çıxış etmək olardı.

- Sanki futbolçuların fiziki gücü tükənmişdi...

- Deməzdim. Psixoloji düşkünlük görünürdü daha çox.

- Ardıcıl iki matçda böyük hesabla uduzduz. Müdafiəçilərin və qapıçının çıxışı haqda nə düşünürsüz?

- Saşa Stamenkoviçin komandaya çox xeyri olub. Bu gün səhvləri oldu. Belə hadisələr normaldı. O, bizim üçün lazımlıdı. Müdafiədə problemlərimiz var. Bunları araşdırırıq və aradan qaldırmağa çalışırıq. - Ardıcıl məğlubiyyətlər psixoloji olaraq pis təsir edə bilər. Düşünmürsüz ki, futbolçulara yeni yanaşma lazımdı?

- Lazımdı. Psixoloji durum aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, bunu aradan qaldıraq.

- “Qarabağ”la heç-heçədən sonra arxayınlıq yaranmayıb ki?

- Keçən oyunda ola bilər ki, hiss edilirdi. Ancaq bu gün belə şey yox idi.

- Təmkin Xəlilzadənin start heyətində yer almaması nə ilə bağlı idi?

- 2 gündü məşq edir. Keçən matçda qızdırma ilə oynamışdı. Bu gün də göründü ki, tam gücü yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail