"Pünik"lə oyun mənə gələcək karyeramda irəliləmək üçün təkan verdi" VİDEO

11.03.2019 | 5611 dəfə oxunub

Ölkəmizdə "Neftçi", "Bakı", "Qarabağ" və "İnter"in formasını geyinmiş Georgi Adamiyanın bu gün 38 yaşı tamam olur. 

Stadium.Az xəbər verir ki, "Neftçi"nin klub televiziyası bu məqsədlə gürcüstanlı futbolçudan müsahibə alıb.

Tbilisidə baş tutan video-müsahibə zamanı keçmiş hücumçu "Neftçi"də keçirdiyi dönəmi xatırlayıb. O, "Birlik kuboku"nda "Pünik"lə qarşılaşmanı xüsusi vurğulayıb: "Bu oyun mənə gələcək karyeramda irəliləmək üçün təkan verdi. "Pünik"lə matçdan sonra bütün Azərbaycan məni tanıdı. Düzü, görüşə qədər xüsusi həyəcan keçirmirdim. Amma ertəsi gün rəhbərlik gələndə iclas oldu və bizi necə bir oyunun gözlədiyini hiss etdim. Qarşılaşmadan əvvəl elə həyəcanlanırdım ki, istirahət edə, yata bilmirdim. Birinci hissədə elə görünürdü ki, komanda həyəcan keçirir, heç nə alınmır. Xoşbəxtlikdən ikinci hissədə ilk qolu vurduq, sonradan isə Vidadi Rzayev ikinci topa imza atdı. Oyun da istədiyimiz kimi başa çatdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail