Xaqani Məmmədov: "Səhvdən qaçmaq mümkün deyil, amma..."

26.01.2012 | 11627 dəfə oxunub

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov AFFA-nın rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

 
- Təlim-məşq toplanışının gedişini necə qiymətləndirirsiniz?
- Bəlkə də bu bizim ən yaxşı toplanışımızdır. Məhsuldarlıq, məşqlərin yüksək səviyyədə keçilməsindən, eləcə də digər amillər baxımından toplanış çox yaxşı keçir. Hər kəs işə məsuliyyətlə yanaşır, zədəli yoxdur. Odur ki, işlər qaydasındadır.
 
- Toplanışdan əvvəl hakimlər normativ verdilər. Bu zaman razı və narazı qaldığınız hansı məqamlar oldu?
- Hakimlər buraya gələnə qədər də öz üzərlərində işləyirdilər. Normativin nəticəsinə əsasən, hakimlərimizin yaxşı formada olduğu müəyyənləşdi. Şəraitimiz yaxşıdır. Bu da bizə çox kömək edir. Amma bilirik ki, çempionatın son mərhələsi gərgin keçəcək. Ona görə də fiziki hazırlıq üzərində işləyirik. Fiziki hazırlıq qaydasında olanda hakim epizodlara daha yaxın olmağı bacarır və təbii olaraq daha az səhvə yol verir. Səhvdən qaçmaq mümkün deyil, amma biz çalışırıq ki, bunların sayı minimuma ensin.
 
- Yəqin ki, toplanışdan qayıdandan sonra yenə test-normativ götürəksiniz?
- Bəli. Bu müddət ərzində gördüyümüz işlərin bəhrəsini və nəticəsini orada görəcəyik. Normativləri verənlər hakimlik edə biləcəklər. Hesab edirəm ki, burada topladıqları təcrübə və məşqlər onlara normativ verməkdə çox kömək edəcək.
 
- Fiziki hazırlıqla yanaşı, oyunların idarə edilməsi böyük önəm daşıyır. Bu sahədəki vəziyyəti necə qiymətləndirərdiniz?
- Yuxarıda qeyd etdim ki, bu il daha məhsuldar alınıb. Bu dəfə hakimlərimiz daha çox oyun idarə etmək imkanı əldə ediblər. Güclü komandaların çıxış etdiyi oyunları idarə etmək hakimlərə daha böyük xeyir verir. Onları iş başında izləyir və hər kəsə buraxdığı səhvləri deyirik. Onlar da bunun üzərində işləyir, səhvlərini düzəltməyə çalışırlar. FİFA və UEFA tərəfindən edilən yeniliklərin hamısını tərcümə edib hakimlərə təqdim etmişik.
 
- Çempionatın ilkin mərhələsində hakimlərin idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz?
- Müəyyən səhvlər olub. Hazırda bunun da üzərində işləyirik. İlkin mərhələdə buraxılan səhvlərin videoyazısını hakimlərlə birgə izləyirik. Bu zaman harada səhv buraxılması araşdırılır. Bunun özü də referilər üçün müsbət haldır. Onlar real hadisələr üzərində işləyirlər. Eyni zamanda FİFA-nın test-imtahanlarından istifadə edərək hakimlərimizin bacarığını yoxlayırıq. Müxtəlif mövzular hazırlanıb və nəzəri biliklər üzərində də ciddi iş gedir.
 
- Gündəlik hazırlıq planı necədir?
- Səhər fiziki məşq edirik. Günorta nəzəri biliklər artırılması üzərində çalışırıq. Axşam isə gün ərzində idarə edilən oyunların təhlili aparılır. Bu zaman hakimlərimizin müsbət keyfiyyətləri ilə yanaşı, yol verdikləri nöqsanlar barədə də məlumat verilir. Oyunların, demək olar ki, hamısında videoçəkiliş aparıldığı üçün onlardan hazırlanan videçarxlardan istifadə edirik. Bu məşğələlər, demək olar ki, saat 23-ə qədər davam edir.
 
- Hakimlərin idarəçiliyindən nə dərəcədə razısınız?
- Bu il məqsədimiz o olub ki, idarəçiliyi əsasən gənclərə tapşıraq. Bunun da öhdəsindən gəlirik. Hazırda gənclər nisbətən çox oyun idarə ediblər. Toplanış zamanı idarə etdikləri ilk oyunla indiki arasında böyük fərq var. Klub məşqçiləri də onlardan razılıq edirlər. Ancaq burada başqa məsələni nəzərə almaq lazımdır. Bu, çempionat oyunu deyil, yoxlama görüşüdür. Düzdür, güclü rəqiblərin oyunlarını idarə edirik, ancaq bu qarşılaşmalarda gərginlik olmur. Ona görə də hakimlərin potensialı tam açılmır. Gənc hakimlər belə yüksək səviyyəli oyunları yaxşı idarə etdikləri halda, ölkə çempionatında bunu tam olaraq görmürük. Unibank Premyer Liqasında gərginlik çoxdur, kənar təzyiqlər də mövcuddur. Ona görə də, bəzi hakimlər özlərini itirir və səhvlərə yol verirlər.
 
- Demək olarmı ki, hakimlərimizin əsas problemi məhz psixoloji hazırlıqla bağlıdır?
- Bəli. Digər cəhətlər baxımından onlar yüksək səviyyədədirlər. Psixoloji amillər üzərində də iş gedir. Bu problemi aradan qaldırmaq üçün psixoloq dəvət etməyi nəzərdə tutmuşuq.
 
- Vüsal Əliyevlə Rauf Cabbarovun toplanışa qatılmaması barədə nə deyə bilərsiniz?
- Onların hər ikisi əməliyyat olunduğu üçün Türkiyəyə gəlməyiblər. Tam sağaldıqdan və normativləri verdikdən sonra istənilən vaxt ən yüksək səviyyəli oyunlar idarə edə bilərlər.
 
- Gənclər nəsildəyişmə proesinə hazırdırmı?
- Çox sayda səviyyəli gənc hakimlər var. Artıq onlardan bəziləri Premyer Liqa səviyyəsində oyunlar idarə biləcək vəziyyətə gəliblər. Orxan Məmmədov, Fuad Həsənov, İnqilab Məmmədov və başqalarını buna misal göstərmək olar.
 
- Səbayel Qurbanova bu ildən FİFA referisi adını alıb. Onun perspektivini necə görürsünüz?
- Məhz bu səbəbdən Səbayel Qurbanovanı Türkiyəyə təlim-məşq toplanışına gətirmişik. Artıq o, Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandası ilə “Rubin”in əvəzedici heyəti arasında keçirilən yoxlama oyununu idarə edib. O, cəsarətli olduğunu nümayiş etdirdi, hətta iki qırmızı vərəqə də göstərdi. Hər iki tərəf onun idarəçiliyini bəyəndi. Biz Qurbanovaya toplanışın sonuna qədər daha bir oyun idarə etməyi tapşırmaq istəyirik. Onun da müəyyən çatışmazlıqları var. Məhz bunlar üzərində işlər gedir. Düşünürəm ki, Səbayelin böyük perspektivi var. Hazırda üçüncü kateqoriyalı hakimdir. İnanıram ki, bir ildən sonra o, birinci kateqoriyaya yüksələcək. İngilis dilini bilməsi də ona çox kömək edəcək.
 
- Beynəlxalq oyunlarda hakimlərimizin idarəçiliyini qənaətbəxş sayırsınızmı?
- Ötən il referilərimizin idarə etdiyi oyunlara görə yüksək qiymətlər verilib. Ən aşağı qiymət 8.3 bal olub. Lakin talant qrupa daxil olan Anar Salmanov istisna olmaqla, digərlərinə daha vacib, prinsipial oyunlara təyinat gəlmir. Hakimlərimizin ümumi səviyyəsi yaxşıdır. Problem yalnız ondan ibarətdir ki, bəziləri ingilis dilini yaxşı bilmirlər. Gənc hakimləri hazırlayarkən, onların ingilis dili biliyinə, zahiri görkəminə, intellektual səviyyəsinə xüsusi diqqət yetiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail