Maksim Medvedev “Qarabağ”ın mütləq rekordçusudur

11.03.2019 | 5327 dəfə oxunub

Maksim Medvedev “Qarabağ”ın tarixində mütləq rekorda sahib çıxıb. 30 yaşlı müdafiəçi Ağdam klubunun heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. Premyer Liqanın XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Maksimin “Qarabağ”ın heyətində ümumilikdə 395-ci oyunu olub.

2006/07 mövsümündə debüt etdiyi komandada indiyədək 12 qol vuran Medvedev Müşfiq Hüseynovun rekordunu yeniləyib. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan sabiq hücumçu 394 rəsmi matçda doğma klubunun formasını geyinib.

Regional yarışlar nəzərə alınmadığı statistikaya əsasən 1987-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən əyalət təmsilçisində ən çox oyun keçirən 3-cü futbolçu Yaşar Hüseynovdur – 380 matç.

Maksim Azərbaycan çempionatlarında 277 (10 qol), ölkə kubokunda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) oyun keçirib.

Medvedev cari mövsümün gedişində “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçu ünvanına yiyələnmişdi. O, 268 çempionat matçına çıxan Aslan Kərimovun rekordunu yeniləmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail