"Sumqayıt" "Qarabağ"la qarşılaşacaq

26.01.2012 | 4982 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası bu gündən etibarən təlim-məşq toplanışına start verib. Stadium.az xəbər verir ki, bu günə qədər gün ərzində 1 dəfə olmaqla fiziki göstəricilərinin artırılması yönündə hazırlıq keçən Vaqif Paşayevin yetirmələri fevarlın 8-nə qədər Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda çempionatın ikinci mərhələsinə hazırlaşacaq.

Qeyd edək ki, əvəzedici komandanın iki futbolçusu – Ülfət Hüseynov və Vurğun Həsənzadə ilə müqavilə qarşılıqlı şəkildə ləğv olunub. Əvəzedici komandanın hazırlıq prosesi ilə bağlı baş məşqçi Vaqif Paşayev fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Bu günə qədər fiziki hazırlıq üzərində işləyirdik. Artıq çempionatın ikinci mərhələsi üçün təlim-məşq toplanışına start vermişik. Gün ərzində iki dəfə məşq edirik. Hazırda komandanın heyətində 7-8 baxışda olan futbolçular var. Bundan başqa, “Sumqayıt”ın aşağı yaş qruplarından ibarət komandalardan 6 yeni futbolçunu əvəzedici komandaya cəlb etmişik. Akademiyadan cəlb olunanlar hamısı 1996-cı il təvəllüdlü futbolçulardır. Onların komanda ilə hazırlaşması çox yaxşı haldır. Bir müddətdən sonra Akademiyadan gələn uşaqlar tam hazır vəziyyətə gələrək bizə çox kömək edəcəklər. Onlardan başqa, bir neçə yeni futbolçunu da heyətimizə qatmağı düşünürük. İki yoxlama oyunu keçirəcəyik. Sabah saat 12:30-da Olimpiya Yığmalarının Təlim-Məşq bazasında “Qəbələ”nin əvəzediciləri ilə qarşılaşacağıq. Yanvarın 31-də isə Sərhətçi İdman Kompleksində “Qarabağ”ın əvəzedicilərini sınağa çəkəcəyik”.rn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail