Sənan Qurbanov: "Bu məsələ bizi də təccübləndirdi"

16.03.2019 | 5366 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Aydın məsələdir ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki “Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşduqları üçün sevindiricidir. Onları bu xal münasibətilə təbrik edirəm.

- Çempionatda, yoxsa kuboka daha çox güc qoymaq fikrindəsiniz?

- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün “Səbail”lə matçdan sonra hazırlıq vaxtı az idi. Düzgün bərpa olundular.

- Elvin Camalovun əvəzlənməsi nəylə bağlı idi?

- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha da ağırlaşa bilər. Elvin əsas heyət üzvlərimizdəndir, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı.

- Milliyə “Qəbələ”dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?

- Əlbəttə, bu məsələ bizi də təccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun üçün bu futbolçuları üstün tutub. Bütün oyunçularımızı milliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudur. İnanıram ki, oyunçularım gələn matçlara dəvət alacaq.

- Voyislas Stankoviçinm zədəsi nə yerdədir?

- Artıq fərdi məşqlərə başlayıb. Fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail