Bordin: "Xalların bərabər olması hər iki komandanın ziyanınadır"

16.03.2019 | 5282 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın 21-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bizə lazım olan nəticə alınmadı. “Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlükəli vəziyyətimiz oldu, ancaq bunu qola çevilə bilmədik. İkinci hissədə istəyimizə çatdıq. Qol buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün bir xalla kifayətlənsək də, bununla futbol bitmir.

- Motivasiya bu gün çox yaxşı idi. Bəs, qələbə üçün nə çatmadı?

- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.

- Canluka Sansone – Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni iki hücumçu ilə oynaya bilərdiniz…

- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.

- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxırsınız, xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?

- Futbolda belə anlaşılmazlıq olur. Bilsəydim ki, bu, səhvdir, üzərində işləyərəm. Bu, ani olan epizoddur. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.

- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa…?

- O, səhv deyil, futbolçularımız arasında anlaşmazlıq oldu. Hər ikisi yüz faiz əmin olaraq, belə düşüncə ilə getməli idi ki, topu götürəcək.

- “Qarabağ”la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?

- Xalların bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi “Qarabağ”la xallarımız bərabər olsa da, birinci yerdə yenə bizik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail