"Esseynlə danışıqlar müsbət həllini tapsa, bu, futbolumuz üçün böyük uğur olar"

16.03.2019 | 5098 dəfə oxunub

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 21-ci turunda “Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransı oyun haqda fikirlərini bölüşüb:

- Hesab edirəm ki, azarkeşlər maraqlı futbol izlədi. Bol hücumlar gördük. Komandaları müqayisə etdikdə, “Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan futbolçulara sahibdir. Ancaq oyunçularım bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Hesab edirəm ki, bir xala layiq idik.

- Oyunun qırılma anı hansı idi?

- Bir neçə an oldu. Bəzi epizodlarda qol vurub hesabda önə keçə bilərdik. Ancaq bu, baş vermədi. Amma önə keçsəydik, sistemdə dəyişiklik edəcəkdik. Rəqibin fərdi ustalıq səviyyəsi deyərkən, məsələn, Daninin cərimə zərbəsindən vurduğu qolu ancaq usta futbolçular vura bilər.

- Əvəzetmələr etdikdən sonra müdafiəyə oturdunuz. Düşünmürsünüz ki, müdafiəyə oturmaqla səhv etdiniz?

- Xeyr, biz tapşırmamışdıq ki, uşaqlar müdafiəyə otursun. Əvəzetmələr obyektiv səbəblərdən baş vermişdi. Heç kimə hesabı qorumaq tapşırığı verilməmişdi.

- Ardıcıl 2 məğlubiyyət komandaya psixoloji zərbə olmayacaq?

- Əlbəttə, məğlubiyyət yaxşı hal deyil. Qəbələdə də qol epizodlarımız oldu, bu gün də. Düşünmürəm ki, bu məğlubiyyətlər komandamıza mənfi təsir göstərsin. Növbəti oyunlara hazırlaşacağıq.

- Penalti epizodu barədə nə deyə bilərsiniz?

- Dayandığımız yerdən görünmürdü. Elvindən soruşdum, dedi ki, top yaxın məsafədən əlinə dəydi. Ancaq bütün hallarda, “Qarabağ” layiqli qələbə qazandı.

- Maykl Esyenlə bağlı fikirləriniz?

- Essyen kimi dünya şöhrətli futbolçu bizim təklifə isti yanaşıbsa, bizim üçün böyük bir uğurdur. Esseynlə danışıqlar müsbət həllini tapsa, bu, futbolumuz üçün böyük uğur olar. Məşq edir, futbolu bitirdiyini də elan etməyib. Yaxın günlərdə masa arxasına keçib, danışıqlar aparacağıq.

- Essyeni almaqda məqsəd avrokuboklara hesablanıb?

- Bu gün avrokuboklardan danışmaq tezdir. Bu məqsədlə də onu sıralarımıza qatmaq istəmirik. O, ulduzdur, bu da azarkeş sayının artmasına fayda verə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail