Qurban Qurbanov: "Futbolumuzda elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin"

16.03.2019 | 5160 dəfə oxunub

"Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyunun səhvsiz mümkün olmadığını söyləyib. Qurbanov bildirib ki, komandasında tək səhv edən oyunçu Bədavi Hüseynov deyil: “Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldur. Ancaq futbolçulardan razı qaldım".

Qurbanov bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli haqda da danışıb: "Futbolumuzda elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail