Samir Abasov: "Sona qədər mübarizə aparacağıq"

30.03.2019 | 4802 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 22-ci turunda "Səbail"ə 1:2 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yenilgini şərh edib: "Uduzsaq da, yaxşı oyun oldu. Oyunçulardan həddən artıq razıyam. Onlardan ağızdolusu danışa bilərəm. Təəssüf ki, iki yarımepizod an məğlubiyyətə səbəb oldu. "Səbail" bura heç-heçə etməyə gəlmişdi, oyunun gedişatından görünürdü. Bu da normal haldır. Maşallah, son zamanlar yaxşı çıxış edirik. Bu gedişlə gələcəkdə nəyəsə bail olacağıq".

Abasov oyunun sonunda komandaların üzvləri arasında baş vermiş qalmaqaldan danışıb: "Orada nə baş verdiyini heç özüm də başa düşmədim. Bizə dedilər ki, hər iki komandanın futbolçuları arasında münaqişə var. Mən də gedib, sakitləşdirdim. Ancaq nə baş verdiyini bilmirəm və bunu araşdırmağa ehtiyac da yoxdur. Futbol emosiyalar üzərində qurulur".

Mütəxəssis "Səbail"in qələbəni çılğın şəkildə qeyd etməsi barədə bunları söyləyib: "Xeyr, rəqibin sevinci bizi qıcıqlandırmadı. Lap qıcıqlandırsa, nə olacaq? O zaman mən də qoşulub dava etməliyəm? Belə bir şeyi heç fikirləşmirdim də. Bu münaqişə vacib deyil". Samir Abasov 3-cü yer uğrunda sona qədər mübarizə aparacaqlarını deyib: "3-cü yer uğrunda şanslarımız qalıb. Sona qədər mübarizə aparacağıq. Hər oyunda qələbə bizə motivasiya olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail