Tərlan Əhmədov: "Ona görə narazılıq edirdim"

31.03.2019 | 2400 dəfə oxunub

"Hər iki komandanın ifasında maraqlı və əzmkar oyun alındı. Rəqib bizi əks-hücumda yaxaladı. Matçın ədalətli nəticəsi heç-heçə olardı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 22-ci turunda lider "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Penalti epizoduna baxmaq lazımdır. Hakimlərimiz həddindən artıq fit çalır. Bəzən bu fit birtərəfli olur. Ona görə narazılıq edirdim" - deyə o bildirib.

Baş məşqçi matçın 28-ci dəqiqəsində zədələnərək meydanı tərk edən qapıçı Kamran Ağayevin də durumuna aydınlıq gətirib: "Onun sol əlində çat var. Artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizimlə olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

24.01.2020

23.01.2020

11:13  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

10:24  "Yuventus" - "Roma" - 3:1 VİDEO

10:16  "Reyms" - PSJ - 0:3 VİDEO

22.01.2020

16:17  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:25  "Napoli" - "Latsio" - 1:0 VİDEO

21.01.2020

12:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

20.01.2020

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə