Rəşad Sadıqov: "6:0 və ya 1:0, bizim üçün fərqi yoxdur" - MÜSAHİBƏ

02.04.2019 | 4942 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- 6:0-lıq qələbə sizin üçün də gözlənilməz olmadı?

- Əlbəttə, gözlənilməz oldu. Biz oyundan öncə 1:0 hesabına da razı idik. Əsas buradan 3 xalla ayrılmaq idi. Oyunumuz uğurlu alındı və böyük hesabla qalib gəldik.

- Demək olarmı ki, bu qalibiyyət çempionluğu nə qədər çox istədiyinizi bir daha göstərdi?

- Açığı, bu cür qələbənin nəyin göstəricisi olduğunu deyə bilmərəm. "Sumqayıt"ı çox ciddiyə alırdıq. Birinci hissədə hesab 3:0 olmasına baxmayaraq, oyun çətin keçdi. Rəqibin də qol epizodları var idi. Çox pressinq edir, hücuma çıxmağa imkan vermirdilər. İkinci yarıya isə daha rahat çıxdıq. Ardıcılqollardan sonra isə "Sumqayıt" ruhdan düşdü və nəticə istədiyimiz kimi alındı.

- Sona 6 tur qalıb. Yəqin ki, bu qələbə komandaya daha böyük motivasiya verəcək...

- 6:0 və ya 1:0, bizim üçün fərqi yoxdur. Gələn tur "Qəbələ" ilə oyunumuz var. Bugünkü nəticə həmin matçda bizə heç bir üstünlük vermir. Hər şey yenə sıfırdan başlayacaq. Önəmli olan 3 xal qazanmaqdır.

- Abdulla Zubirin vurduğu baxımlı qol barədə nə deyə bilərsən?

- Əsas odur, qol olsun. Necə vurulmasının fərqi yoxdur.

- "Neftçi" ilə xallar yenə bərabərləşdi...

- Şansları eyni görürəm. "Neftçi"nin üstünlüyü odur ki, son oyunu bizimlə evdə keçirəcək.

- İki cəbhədə - həm çempionat, həm də kubokda mübarizə aparmaq nə dərəcədə çətindir?

- Aprelin sonlarında kubokda yarımfinal matçları olacaq. 3-4 gündən bir oyun keçirəcəyik. Bu da "Neftçi" üçün üstünlükdür. Onlar bütün fikirlərini yalnız çempionata veriblər.

- Beyninizdə kuboku ikinci plana atmaq fikri var?

- Belə bir söhbət yoxdur. Hər ikisi bizim üçün vacibdir. Təbii ki, hamı hər iki yarışda qalib olmaq istəyər.

- Bu gün meydana 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olanların övladları ilə çıxdınız. Hansı hissləri keçirdiniz?

- Onlarla meydana çıxmaq çox təsirli məqam idi. Şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. Analarının əllərindən öpürəm ki, belə övladlar yetişdiriblər. Nə desək də, onların etdiklərini sözlə ifadə edə bilmərik.

- Növbəti turda "Qəbələ" ilə çətin oyun var. Həmin qarşılaşma barədə nə düşünürsən?

- "Qəbələ" ilə oyunlar hər zaman ağır keçib. Onlar həmişə bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. Gərgin və maraqlı görüş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail