Mövsümün 200-cü qolu

03.04.2019 | 5392 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün 200-cü qolu vurulub. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, 22-ci turun “Sumqayıt” – “Qarabağ” oyununa təsadüf edib.

Qonaqların 6:0 hesabı ilə qalib gəldiyi matçda vurulan sonuncu top mövsümdə 200-cü olub. Yubiley qoluna 84-cü dəqiqədə Abdullah Zubir imza atıb. Vurulan 200 qol 22 turun 86 görüşünə (digər iki oyunda texniki nəticə qeydə alınıb) təsadüf edib. Çempionatda orta məhsuldarlıq 2,33-ə bərabərdir.

Mövsümdə ilk qolu 1-ci turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu “Səbail”lə 6-cı turda (4:0) onun sabiq komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top 11-ci turun “Qəbələ” – “Qarabağ” görüşündə (1:3) hesabı açan Ceyms Adeniyinin aktivinə yazılıb. 150-ci qol isə 17-ci turun “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hesabı açan Emin Mahmudovun hesabındadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail