"Sabah"dan AFFA-ya etiraz

03.04.2019 | 1709 dəfə oxunub

“Sabah” Azərbaycan Premyer Liqasının 22-ci turunun “Qəbələ” ilə oyunundakı hakim qərarları ilə bağlı AFFA İntizam Komitəsinə müraciət edib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Rauf Cabbarovun bəzi qərarlarından narazı qalan debütant Kərim və Coşqun Diniyev qardaşlarına göstərilən sarı vərəqələrin ləğv olunmasını istəyir.

Klubun iddiasına görə, görüşün 67-ci dəqiqəsində “Qəbələ”nin müdafiəçisi Asif Məmmədovun cərimə meydançası daxilində Coşquna qarşı hərəkəti aşkar qayda pozuntusu idi və referi həmin epizodda penalti təyin etməli idi. Hakim isə həmin vaxt “Sabah”ın oyunçusunu simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırıb.

“Sabah”ın digər narazılığı isə 90+1-ci dəqiqədə Kərimə göstərilən 2-ci sarı vərəqə ilə bağlıdır. Paytaxt təmsilçisi R. Cabbarovun oyunun vaxtını uzatdığına görə Diniyevə göstərdiyi “sarı”nın haqsız olduğunu düşünür. Klub iddia edir ki, həmin epizodda meydanda əlavə top olduğu üçün Kərim digər topu kənara vurub.

Qeyd edək ki, 0:0 hesabı ilə başa çatan matçda Coşqun sarı, Kərim isə 2-ci sarıdan qırmızı vərəqə ilə cəzalandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə