Marko Deviç: "Şəxsi məşqçim Salah və Modriçlə də işləyir" VİDEO

03.04.2019 | 6739 dəfə oxunub

“Mənim şəxsi məşqçim var - Andrea Milutinoviç. Onunla 10 ildir çalışıram. O, Luka Modriç, Məhəmməd Salah, Dario Srna kim top-futbolçularla da işləyir”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Marko Deviç Ukraynanın tanınmış futbol şərhçisi Viktor Vatskonun "Youtube"dakı "Вацко Live" kanalına müsahibəsində deyib.

Azərbaycanda futbol matçlarına az sayda azarkeşin gəldiyini vurğulayan 36 yaşlı forvard Bakıdakı yaşayış şəraitindən razı qaldığını bildirib: “Deyirlər əvvəllər səviyyə yüksək olub, çox adam gəlib. Burada dil baxımından problem yoxdur. Rus və ingilis dilində təmas qururam. Həmçinin serb dilini bilirəm. Ukrayna və alman dilində də başa düşürəm. Buradakı insanlar Lixtenşteyndəkilərdən çox yaxşıdır. Avropada bir çox yerlərdə oynamışam. Rusiya, Serbiya, Ukrayna... Hər şey gözəldir, amma insanlar soyuqdurlar. Burada isə hər şey əksinədir. İnsanlar daha istiqanlıdır, ab-hava real həyata çox yaxındır. Burada hər şey gözəldir”.

Deviç "Sabah"ın prezidenti Maqsud Adıgözəlovun ona və ailəsinə böyük diqqət ayırdığını bildirib: “Klub prezidenti övladıma uşaq bağçası seçərkən də köməklik etdi. O, bağça xərclərini üzərinə götürmək istəyirdi. Dedim ki, çox sağ olun, lazım deyil. Bəli, pul önəmlidir. Ancaq bu cür insani məqamlar... Məni burada saxlayan, motivasiya verən odur. Biri sənə insan kimi yanaşırsa, ona geri qaytarmaq istəyirsən. Yoldaşım üçün 2 uşaq var. Mən də uşağam (gülür). Sara ilə hər şey daha asandır, nəinki mənimlə”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail