"Qəbələ" "Benfika" və "Valensiya"ya rəqib olub

03.04.2019 | 5394 dəfə oxunub

"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5-dən 7-dək Türkiyədə təşkil olunacaq ənənəvi “İzmir Cup”da qüvvəsini sınayacaq. Komanda bu gün qonşu ölkəyə yollanacaq. 

“Milan”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Siti”, “Çelsi” (hər ikisi İngiltərə), “Ayaks” (Hollandiya), “Porto” (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” G qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” aprelin 5-də “Benfika” (Portuqaliya), “Brügge” (Belçika), “Valensiya” (İspaniya) və “Qrasshopers”lə (İsveçrə) qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə komandamızın rəqibləri “Ankaragücü” (Türkiyə), “Kardiff” (Uels), “Göztəpə” (Türkiyə) və “Tvente” (Hollandiya) olacaqlar.

Hər qrupda ilk dörd yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33-72-ci yerlər uğrunda matçlar keçirəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail