Emin Mahmudov: "Qəbələ"nin qalib gəlməsini eşitsəm, sevinərəm" - MÜSAHİBƏ

07.04.2019 | 6828 dəfə oxunub

"Neftçi"nin futbolçusu Emin Mahmudov Premyer Liqanın 23-cü turunda "Zirə"ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun alındı. Biz də işimizi çətinə saldıq. Hesabda 2:0 öndə olarkən 2-3 qol şansından yararlanmadıq. Daha sonra səhvimizdən qapımızda qol gördük. Yaxşı oyun gedirdi. İlk hissədə oyunumuz yaxşı alınmırdı. İkinci hissədə isə dəyişdik. Oyunun sonlarında bir az yorulduq.

- Bu gün qapınızda 2 qol gördünüz. Buna səbəb nə oldu?

- Səhvlər gözlənilmədən olur. Deməzdim ki, hansısa epizod yaradıb qol vurdular. Diqqətsizlikdən qollar buraxdıq.
 
- Hesab 3:2 olarkən “Zirə”nin 3-cü qol vuracağından qorxmurdunuz?

- Xeyr, çalışırdıq ki, 4-cü qolu da vuraq. Bunu da bacardıq.  
 
- “Zirə”yə qarşı “Neftçi” nə üçün çətinlik çəkir?

- “Zirə” pis komanda deyil ki, onlara rahat qalib gələk. Yaxşı oynayırlar, digər komandalar qarşı da əla oynayırlar. Qışdan sonra daha da yaxşı oynayırlar.  Buna görə çətinlik yaradırlar.
 
- Oyunun sonlarındakı epizodla bağlı ara qarışdı. Samir Abasovla da dialoqunuz oldu. Nə baş verirdi?

- Onların gənc futbolçusu İlkin Muradov topla Daboya vurmaq istəyirdi. Mən ona belə etməməli olduğunu dedim. Çünki cavan uşaqdır, istəyir ki, topla onu vursun, daha sonra Dabonun üstünə qışqırır. Özünü belə aparmaq lazım deyil.
 
- Sizi aqressiv görməməşdik. Həmin epizodda çox çılğın idiniz.

- Həmin hərəkətə görə çox əsəbləşdim.
 
- Sabah “Qarabağ” “Qəbələ” ilə oyunda xal itirməsini gözləyirsiniz? Oyuna baxmaq fikriniz var?

- Onu fikirləşmirik. Vaxt olsa, oyuna baxacam. Pasporta görə Rusiyaya gedib-qayıtmalıyam. “Qəbələ”nin qalib gəlməsini eşitsəm, sevinərəm. Biz öz oyunlarımızda 3 xal qazanmağa köklənmişik. Çempionatda hər oyun bir-birinə oxşamır. “Qəbələ”nin necə oynayacağını bilmirəm.
 
- Kapitanlıq sarğısını oyunun son dəqiqələrində meydana daxil olan Ruslan Abışovun qoluna taxdınız. Bundan sonra kapitan Abışov olacaq?

- Əlbəttə, Ruslan bizim kapitandır. Abışov olmadığı üçün kapitan mən idim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail