"Qəbələ"nin "Qarabağ"la 51-ci dueli

07.04.2019 | 1672 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqanın 23-cü turunda keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu iki komanda arasında 51-ci duel olacaq.

Stadium.Az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, indiyədək rəqiblər 50 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 43-ü Premyer Liqa, 7-si kubok matçı olub.

Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 heç-heçə edib və 22 dəfə uduzub. “Qarabağ”ın qapısından 44 top keçirən əyalət təmsilçisi 64 top buraxıb. "Qəbələ" futbolçularından 29-u bu oyunlarda qol sevinci yaşayıb. Dodo 5, Viktor Mendi 4 dəfə fərqlənib.

İki komanda arasında çempionatda keçirilən 43 oyunda “Qəbələ” 10 dəfə qalib gəlib. 12 dəfə bir xalla kifayətlənən “qırmızı-qaralar” 21 məğlubiyyət alıb. 39 qola sevinən "Qəbələ" 58 top buraxıb.

Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu saat 14:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ