Daha bir güləşçimizdən Avropa Çempionluğu

10.04.2019 | 5406 dəfə oxunub

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında kişi idmançıların mübarizəsi davam edir. 

Stadium.az xəbər verir ki, bu gün 4 güləşçimiz döşək üzərinə çıxıb. Ötən gün bütün rəqiblərini üstələyərək finala vəsiqə qazanan olimpiya və dünya çempionumuz Şərif Şərifov (92 kq) həlledici görüşdə polşalı Zbiqniyev Baranovski ilə qarşılaşıb. Bu görüşdə qalib gələn (9:1) Şərifov karyerasında ilk dəfə Avropa çempionu olub. Digər azərbaycanlı sərbəst güləşçilər Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər. Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar. Qeyd edək ki, bundan əvvəl Hacı Əliyev (65 kq) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail