"Zirə" üçün 8-ci rəqib

23.04.2019 | 6125 dəfə oxunub

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

“Zirə” “Sumqayıt”la qarşılaşacaq. Tarixində ilk dəfə yarımfinala yüksələn “qartallar” finala vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar arasında ilk oyun Sumqayıtda keçiriləcək.

“Qartallar” indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq. Çempionatdakı 16 görüşdə “Zirə” böyük üstünlüyə malikdir. 9 qələbəsi olan komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandanın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox - hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.

“Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” top fərqində minimal üstünlüyə sahibdir. 7 qol vuran futbolçular 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan “Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə “Qartallar” qol da buraxmayıb.

Mənbə: "Zirə"nin rəsmi "Feysbuk" səhifəsi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail