AFFA Tərlan Əhmədovun cəzasını açıqladı

23.04.2019 | 5407 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXV turunun “Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində “Səbail” klubunun 33 №-li futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Premyer Liqanın XXV turunun “Qarabağ” – “Keşlə” matçında  “Keşlə” klubunun baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur (maddə 62).

Premyer Liqanın XXV turunun “Sabah” – “Neftçi” matçında  “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 56-cı dəqiqəsində “Sabah” klubunun 21 №-li futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

I Divizionun XXIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan” və “Ağsu” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).
Oyunun  64-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 5 №-li futbolçusu Xəyal Əmirli aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).

I Divizionun XXIII turunun “Keşlə-2” – “Zirə-2” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).     

I Divizionun XXIII turunun “Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40). Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz” klubunun 14 №-li futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 48).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail