Vaqner Da Silva: "2005-ci ildə “Aletiko Paranayas” ilə çempion olsam da"

28.04.2019 | 5956 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə “Zirə”yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bu cür oyunlar qapıçılar üçün daha çətin və təhlükəli olur. Düşünürsən ki, komandan üstündür, sonda isə ani bir diqqətsizlik narahatlıqla nəticələnə bilər. Ona görə də,  konsentrasiyanı sonadək saxlamalı oluruq.

- 3:0 hesablı qələbə qazandınız. Üstünlük oyunboyu komandanızda olub. Gözlənilən qələbə idi? Ümumiyyətlə, qarşılaşmanı necə dəyərləndirirsiz?

- Çempionatın sonuna yaxınlaşdıqca məsuliyyət daha da artır, oyunlar daha da çətinləşir. Rəqibi də kiçiltməmək lazımdır. Baxmayaraq ki, hesabda böyük fərqlə üstün idik, asan matç olmadığını düşünürəm.

- Deyəsən, karyeranızda çempionluq olmayıb.

- 2005-ci ildə “Aletiko Paranayas” ilə çempion olsam da, orada ehtiyatda qalırdım, oynamırdım. Bir də, Portuqaliyanın 2-ci divizionunda “Eştoril”lə çempionluq yaşamışam.

- Sona 2 matç qalıb. Bu 2 oyundan maksimum xalla ayrılmaq mümkün olacaqmı?

- Yalnız 2 qarşılaşma deməzdim. Qarşıda kubok oyunu var. Ona köklənməliyik. Ondan sonra Premyer Liqada “Səbail”lə qarşılaşacağıq. Son oyunlar bizim üçün demək olar ki, final xarakteri daşıyır.

- Hannes Halldorssonun komandadan ayrılması işinizi asanlaşdırır, yoxsa çətinləşdirir? Əsas heyətə düşməyinizə hər hansı bir təsiri oldu?

- Hannes burada olanda da demişdim ki, heyətimiz genişdir. Bizdə bəlli 11-lik yoxdur. Baş məşqçinin seçimindən asılıdır. Kim məşqlərdə özünü yaxşı göstərsə, o da əsas heyətdə yer alır. Hannesin getməsi ilə mənim startda yer almağımın heç bir əlaqəsi yoxdur. Mən həmişə əlimdən gələni edirəm ki, əsas heyətə düşüm.

- Sizcə, “Neftçi”ni məğlub edə biləcəksiz? Mövsüm ərzində 2 dəfə 1:1 nəticəsi qeydə alınıb, 1 dəfə də 1:3 hesabı ilə məğlub olmusunuz.

- Ən böyük komandalarda da düşüncə tərzi belədir ki, bir oyun bitdisə, növbəti oyun haqda düşünülür. Dediyim kimi, qarşıdan kubok matçı gəlir. Həmin qarşılaşmaya köklənməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail