Samir Abbasov: "Onsuz da "Qarabağ"a qarşı əsas heyətlə oynayanda da əziyyət çəkirsən"

28.04.2019 | 2371 dəfə oxunub

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 26-cı turunda "Qarabağ"a evdə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Onsuz da "Qarabağ"a qarşı əsas heyətlə oynayanda da əziyyət çəkirsən. Bu gün 8 əsas futbolçumuz yox idi. Deməzdim ki, ikinci heyət idi, sadəcə, az oynayanlara şans vermişdik. Fikrimizi son şansımız olan kuboka - "Sumqayıt"la  yarımfinal matçına yönəltmişik.

- Əsas qapıçınız Kamal Bayramovun zədəsi nə yerdədir?

- Kubok oyununadək bərpa olunmalıdır. Ancaq o vaxtdan komanda ilə məşq etməyib. Ümid edirik ki, oynayacaq. Həkimlərdən xoş xəbər gözləyirik.

 - Bu gün "Qarabağ" futbol oynadı. Bəs "Zirə" meydanda nə etdi?

- Futbolçulara matçdan əvvəl dedik ki, itirəcəyimiz bir şey yoxdur, çıxaq, futbol oynayaq. Oynayan da oldu, oynamayan da. "Panika"ya düşənlər də vardı, bunu da başa düşürəm. Ümid edirik ki, daha belə olmayacaq.

 - Bu oyunu kuboka qurban verdiniz?

- Bəli. "Qəbələ" ilə matçda da belə olmuşdu.

- Qorxmurdunuz ki, deyərlər "Qarabağ"a köməklik etdiniz?

- Yox. "Qarabağ"dan da xal almışıq, "Neftçi"dən də. Heç kimdən alacağımız, verəcəyimiz yoxdur. Qorxuyla yaşasaq, bütün planlarımızı alt-üst edərik.

 - Bu gün ilk qolda kobud səhvə yol verən gənc qapıçınıza nə dediniz?

- Heç nə deməmişəm, bunu etmək fikrim də yoxdur. Ola bilər ki, kubokda da Abdulla Seyidəhmədova güvəndik. Çünki Bayramovun zədə problemi var. "Qarabağ"ın adı da ola bilər ki, sözünü deyir.

- Onda bir gərginlik hiss olunur...

- Həmin qoldan sonra toparlanmamağı təcrübəsizliyi ilə bağlıdır. Bugünkü matçda səhvini bağışlamaq olar.

- Siz oynadığınız vaxtda Abdullah Zubir çıxış etsəydi, ona qarşı necə mübarizə aparırdınız?

- Zubirə qarşı elə oynayardım ki, bir də mənə yaxınlaşmazdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.03.2020

28.03.2020

27.03.2020

26.03.2020

25.03.2020

24.03.2020

23.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ